Cəmiyyət

Bu il Bakıda məktəblərini fərqlənmə attestatı ilə bitirənlərin sayı açıqlanıb

2019-2020-ci tədris ilinin sonunda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 975 məzunu məktəbi fərqlənmə attestatı ilə bitirib.

Bunu BŞTİ müdiri Rəşad Tağıyev deyib.

Onun sözlərinə görə, 2019-2020-ci tədris ilinin sonunda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 975 məzunu məktəbi fərqlənmə attestatı ilə bitirib. BŞTİ-nin tabeliyindəki 276 nömrəli tam orta məktəbin məzunu III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. I ixtisas qrupu üzrə ölkə üzrə ikinci ən yüksək nəticəni (697 bal) 297 nömrəli tam orta məktəbin məzunu, IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticələri (691.4 bal və 691.2 bal) 178 və 114 nömrəli tam orta məktəblərin məzunları göstərib.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Populyar Xəbərlər

Read . az . Xəbərin tək ünvanı

Sayğac

Copyright © 2019 Read.az

To Top