Siyasət

AŞPA-nın oktyabr sessiyası təxirə salınıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) oktyabra planlaşdırılan sessiyası ləğv edilib.

Bunu AŞPA-nın vitse-spikeri, Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy bildirib.

Onun sözlərinə görə, AŞPA-nın növbəti iclası 2021-ci ilin yanvarından tez keçirilməyəcək: “Assambleyanın növbəti əyani formatda iclası keçiriləcəksə, bu, 2021-ci ilin yanvarından tez olmayacaq”.

Tolstoy xatırladıb ki, yanvarda AŞPA-nın Baş katibi, Avropa İnsan Haqları Məhkəməsinin hakimləri və Avropa Şurasının vəzifəli şəxslərinin seçkiləri keçirilməlidir: “Mövcud epidemioloji məhdudlaşdırmalara görə bütün nümayəndə heyətləri qarşıdakı sessiyaya gələ bilməyəcəklərsə, bu, assambleyada bərabər hüquqluluq prinsipini pozacaq. Ona görə də hesab edirəm ki, bu cür hibrid iclasların keçirilməsi orada şəxsən iştirak edə bilməyənlərə münasibətdə ədalətsizlikdir”.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Populyar Xəbərlər

Read . az . Xəbərin tək ünvanı

Sayğac

Copyright © 2019 Read.az

To Top