Mədəniyyət

İtaliyada 77-ci Venesiya Film Festivalı başa çatıb

İtaliyada keçirilən 77-ci Venesiya Film Festivalında qaliblər elan edilib.

Festivalın “Müqəddəs Markın Qızıl Aslanı” əsas mükafatı “Köçərilər yurdu” filminə görə ABŞ-da çalışan çinli xanım Xloe Çjaoya təqdim edilib.

Qaliblərin elan edilməsi mərasimi festivalın internet saytında canlı yayımlanıb. 

Festivalda 18 film nümayiş edilib. 

Festivalda azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” fimi (Azərbaycanla Amerikanın birgə istehsalı) də nümayiş olunub.

Qeyd edək ki, filmimiz Azərbaycan kino tarixində ilk dəfə A kateqoriyalı festivalın əsas müsabiqəsində yer alıb.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Populyar Xəbərlər

Read . az . Xəbərin tək ünvanı

Sayğac

Copyright © 2019 Read.az

To Top